Azərbaycan, Bakı, 14 yanvar / Trend müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin daimi komissiyaları çərşənbə günü işə başlayır. Bu barədə bazar ertəsi Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Daxili Nizamnaməyə əsasən, Azərbaycan parlamentinin payız sessiyası sentyabrın 1-də başlayır və dekabrın 31-də başa çatır. Milli Məclisin yaz sessiyası isə, fevralın 1-də başlayır və mayın 31-dəyekunlaşır. Qanunverici orqanın komissiyaları isə, sessiyaların başlamasına 15 gün qalmış işini bərpa edir.
Daimi komissiyalar Milli Məclisdə müzakirə olunacaq qanun layihələrini hazırlayıb, təsdiqləyəcək.