...

Aİ-nin yeni sədri Azərbaycana gələcək

Siyasət Materials 23 Yanvar 2008 14:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar / Trend , müxbir S.Ağayeva / Avropa İttifaqının (Aİ) yeni sədri, Slovakiyanın XİN başçısı Azərbaycana səfər edəcək. Slovakiyanın Azərbaycandakı səfiri Borut Mequşar Trend ə bildirib ki, Aİ başçısının Azərbaycana səfəri fevralın 4-nə nəzərdə tutulub.

Slovakiya yanvarın 1-dən Aİ-də Portuqaliyanı əvəz edərək quruma sədrlik edir.

Səfir bildirib ki, Aİ-nin "üçlük" nümayəndə heyətinə Rupe başçılıq edəcək. Nümayəndə heyəti Azərbaycanla yanaşı, Gürcüstan və Ermənistana da səfər edəcək.

Avropa İttifaqının "üçlüyü"nün (Almaniya, Fransa və Böyük Britaniya) nümayəndələri və Aİ-nin Cənubi Qafqazda xüsusi nümayəndəsi Piter Semnebi Bakıda Aİ-Azərbaycan ikitərəfli əlaqələrini müzakirə edəcəklər.

Azərbaycanda Avropa İttifaqının yeni nümayəndəliyinin açılışı da bu tarixə salınıb.

Xəbər lenti

Xəbər lenti