Fransa, Strasburq 23 yanvar/ Trend , müxbir A.Məhərrəmli, İ.Əlizadə/ Albaniya prezidenti Bamir Topi hesab edir ki, Kosovo problemi çox spesifik və unikal bir məsələdir və onu dünyadakı heç bir ərazi mübahisəsi ilə müqayisə etmək olmaz. Bu barədə çərşənbə günü Strasburqda keçirdiyi mətbuat konfransında Albaniya prezidenti Bamir Topi bildirib.
Albaniya prezidenti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında iştirak etmək üçün Strasburqda səfərdədir. Strasburqda AŞPA-nın qış sessiyası keçirilir. Sessiyada Azərbaycan nümayəndə heyəti iştirak edir. Sessiya yanvarın 25-də başa çatacaq.
"Ozünün xarakteri və beynəlxalq ictimaiyyətin yanaşması baxımından bu məsələ presedent kimi qəbul edilə bilməz" - deyə Topi əlavə edib.