...

Azərbaycanın Ədliyyə naziri Koreya Respublikasının səfirini qəbul edib

Siyasət Materials 24 Yanvar 2008 19:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar/ Trend / Azərbaycanın Ədliyyə naziri, Məhkəmə - Hüquq Şurasının sədri Fikrət Məmmədov bu gün Koreya Respublikasının ölkəmizdəki səfiri Lyu Kvanq - Çulu qəbul edib - Ədliyyə nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend ə bildiriblər. Görüşdə iki ölkənin ədliyyə orqanları arasında əməkdaşlığın genişləndirilməsi, hüquqi sahədə müqavilələrin bağlanılmasının vacibliyi qeyd olunub, eləcə də, hüquqi əməkdaşlığa dair konkret təkliflər dinlənilib.

Xəbər lenti

Xəbər lenti