Azərbaycan, Bərdə, 07 fevral / Trend , müxbir Ş.Cəliloğlu/ Azərbaycanın daxili işlər naziri gənclərin narkotik maddələrdən istifadəsinin qarşısını almaq üçün ictimaiyyətin maarifləndirilməsini vacib sayır. "Regionlarda gənclərin narkotik maddələrdən istifadəsinin qarşısının alınması ilə tək polis yox, həmçinin, ictimaiyyət mübarizə aparmalıdır"- cümə axşamı Bərdə rayonunda keçirilən müşavirədə daxili işlər naziri Ramil Usubov bildirib.
Ötən il Azərbaycanda 18 667 (2006-cı illə müqayisədə -378 və ya 2,0% cinayət az), o cümlədən daxili işlər orqanları tərəfindən 18 067 cinayət qeydə alınıb. Qeydiyyata alınmış hər 2 cinayətdən səkkizinci narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlıdır. Narkotik vasitələrlə bağlı cinayətlərin 94,4%-nin açılması təmin edilib.
Nazir deyib ki, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə Azərbaycan MDB məkanında öndə gedən ölkələrdən biridir.