...

Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfini MiQ-29-un qəzaya uğraması ilə bağlı məsələni siyasiləşdirməkdə ittiham edir

Siyasət Materials 13 Fevral 2008 16:45 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfini MiQ-29-un qəzaya uğraması ilə bağlı məsələni siyasiləşdirməkdə ittiham edir

Azərbaycan, Bakı,13 fevral / Trend , müxbir E.Hüseynli/ Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfini 16 gün əvvəl MiQ-29 təyyarəsinin Azərbaycanda qəzaya uğraması ilə bağlı məsələni siyasiləşdirməkdə ittiham edir.

"Rusiyanın MİQ-29 Maşınqayırma Koorparasiyasının İctimaiyyətlə Əlaqə İdarəsinin rəisi Yelena Lvovanın Azərbaycanda qəzaya uğrayan MİQ-29 təyyarəsinin Ukraynadan köhnə təyyarə kimi alındığı barədə məlumatı əsassızdır və bu, bir o qədər təəccüb doğurmur"- çərşənbə günü Trend ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.

Rusiyanın təyyarə tikintisi Koorporasiyası MiQ-in İctimai Əlaqələr İdarəsinin rəisi Lvova bir müddət əvvəl Trend -ə qəzanın səbəbinin köhnəlmiş texnikanın satışı və istismarı ola biləcəyini söyləyib.

Yanvarın 29-da Azərbaycan Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin MiQ -29 qırıcısı təlim uçuşları keçirilərkən qəzaya uğrayıb. Nəticədə, təyyarədə olan hər iki pilot həlak olub.

Azərbaycanın Müdafiə və Fövqəladə Hallar nazirlikləri, Dövlət Neft Şirkəti və Dövlət Sərhəd Xidməti son 16 gün ərzində Xəzər dənizinə düşən təyyarənin qalıqlarını və pilotların cəsədlərinin axtarışını davam etdirilər.

Ötən il Azərbaycan Ukraynanın təkmilləşdirdiyi MiQ -29 təyyarələrini alıb.

Sabiroğli bildirib ki, Azərbaycanda MİQ-29-un qəzaya uğramasının səbəbləri tam aydın olmadığından, "bu cür siyasi yükü olan bəyanata yer vermək yol verilməzdir. Həmin koorparasiya heç də Azərbaycanı çox istədiyindən belə iddia irəli sürmür".

Son iki həftə ərzində ikinci Rusiya hərbi qırıcısı MiQ -29 qəzaya uğrayıb. Dünən Qazaxıstanda MiQ -29 hərbi təyyarəsi qəzaya uğrayıb, bir pilot həlak olub, digəri sınıqlarla qospitala yerləşdirilib.

Azərbaycanın HHQ-nin hava sərhədlərini qorumaq üçün istifadə etdiyi MiQ -29 təyyarələri təlim uçuşları zamanı Rusiya, Malayziya, Peru, Slovakiya və Ermənistanda qəzaya uğrayıb.

Ukrayna Müdafiə Nazirliyinin Trend - ə verdiyi məlumata görə, Azərbaycan tərəfi ukraynalı ekspertlərin qırıcının qəzaya uğraması səbəblərinin araşdırılmasına qoşulması üçün müraciət edib. Sabiroğlu Azhərbaycanın Ukraynaya müraciət etmədiyini deyib.

MİQ-29 təyyarəsi Rusiya istehsalıdır və 1971-ci ildən istehsal olunur. Təyyarənin uzunluğu 14.8 metr, qanadlarının uzunluğu 11.4 metr, hündürlüyü 4.3 metrdir. Təyyarənin hərbi sursatla birgə çəkisi 15 min 300 kiloqramdır. Maksimal sürət 2400 kilometr/saatdır. Təyyarə maksimum 18 min metr yüksəkliyə qalxa və 2100 kilometr məsafəni qət edə bilir. Onun dəqiqədə 1500 atəş aça bilən 30 millimetrlik QŞ-301 tipli topu var. Təyyarə İR-60 tipli raketlərlə təchiz edilib. MİQ-29 230-240 kilometrdən hava hədəflərini məhv etmək qabiliyyətinə malikdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti