...

Xocalı soyqırımı Azərbaycan xalqını birləşdirib - Yaroslavl pravoslav yeparxiyasının missioner şöbəsinin sədri

Siyasət Materials 2 Mart 2008 04:08 (UTC +04:00)
Xocalı soyqırımı Azərbaycan xalqını birləşdirib - Yaroslavl pravoslav yeparxiyasının missioner şöbəsinin sədri

Rusiya, Yaroslavl, 1 mart / Trend müxbir R.Ağayev/ Azərbaycanlıların Xocalıda soyqırıma məruz qalmasını artıq neçə il bilirəm. İnternetdən məlumat almışam, ötən il Azərbaycanda səfərdə olmuşam və bu haqda çox şey eşitmişəm. Bütün bu dəhşətə baxmayaraq faciə Azərbaycan xalqını birləşdirib. Bunu Yaroslavlda Xocalı faiciəsinin 16-cı ildönümünə həsr olunmuş tədbirdə Yaroslavl pravoslav yeparxiyasının missioner şöbəsinin sədri, ieromonax Serapion deyib. Sözügedən tədbir Yaroslavl Regional Azərbaycan Milli-Mədəni Muxtariyyatının təşkilatçılığı və Trend informasiya agentliyi ilə "Azərros" media-holdinqin məlumat dəstəyi ilə keçirilib. Soyqırım qurbanlarının xatirəsi gecəsində "Qarabağ" Beynəlxalq Fondunun prezidenti Roman Ağayevin "Erməni faşizmi" adlı filmi nümayiş etdirilib. Həmin film 2006-cı ildə Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin mərhum jurnalist Samir Əsgərxanovun xatirəsinə keçirilən müsabiqənin qalibi olub.

Yaroslavl pravoslav yeparxiyasının missioner şöbəsi sədrinin fikrincə, azərbaycanlıların birliyi göz önündərir və bu gün Azərbaycanda gedən proseslərdən görünür ki, milli özünüdərketmə artır, insanların həyat səviyyəsi yüksəlir. "Bizi sevindirir ki, Azərbaycan 2006-cı ildə dünyada ən yüksək iqtisadi artıma malik olub. Güman ki, o vaxt həlak olan insanlar boş yerə həyatlarını itirməyiblər. Onlar öz yaxınlarının, qohumlarının və həmvətənlərinin xoşbəxliyi uğrunda həlak olublar", - deyə ieromonax Serapion bildirib.

Qarabağın tarixinə yaxşı bələd olduğunu göstərən ata Serapion qeyd edib ki, Qarabağda nə vaxtsa azərbaycanlıların əcdadlarına yaxın olan Qafqaz Albaniyası sakinlərinin məskunlaşdığı şübhə doğurmur. "Sonradan xalqın bir hissəsi islamı qəbul edib, digəri isə xristian dinində qalıb. Doğrudan da Qarabağ torpağı erməni dövlətçiliyin kök atdığı ərazidən çox uzaqda yerləşirdi", - deyə Yaroslavl pravoslav yeparxiyasının nümayəndəsi vurğulayıb.

Onun sözlərinə görə, Qarabağ faciəsi hələ bitməyib və ruslar anlayırlar ki, Azərbaycan üçün doğma torpaqları itirmək necə böyük itkidir. "İndi digər nümunəni görürük. Bizə yaxın olan serblər Kosovonu itiriblər. Bu ərazi serblər üçün çox vacibdir, necə ki, Qarabağ azərbaycanlılar üçün. Burada da gördük ki, beynəlxalq ictimaiyyət yalnız bir tərəfi dəstəkləyir", - deyə ieromonax Serapion bildirib.

Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinə münasibətinə toxunan Yaroslavl pravoslav yeparxiyasının nümayəndəsi bu məsələyə yanaşmanın birmənalı xarakterə malik olmamasını etiraf edib. Onun fikrincə, bir tərəfdən Rusiya imperiyası 19-cu əsrdə erməni miqrasiyasına dəstək siyasəti yürüdüb, digər tərəfdən isə Azərbaycanın Gəncə, Qarabağ, İrəvan və digər xanlıqları Rusiya imperiyasına daxil olanda, Azərbaycan xalqının bir çox nümayəndələri Rusiya imperiyasının elitasında yer alıblar.

Xocalı soyqırımı misalında insanların vəhşiliyə meylinin səbəblərinə gəldikdə isə ata Serapion hesab edir ki, bu, insanların həyat dəyərlərinin yaxşı dərk etməməsi ilə bağlıdır. Onun fikrincə, din kimi islamla xristianlıq arasındakı fərqlərə rəğmən mənəviyyət baxımından onların arasında böyük fərqlər yoxdur: dünyadakı bütün dinlərin xeyr və şərə təxminən eyni baxışı var. "Şər dünyanın müxtəlif nöqtələrində özünü bu cür dəhşətli şəkildə biruzə verəndə, özümüzdən soruşmalıyıq-niyə belə olur? Biz Allaha dua etməliyik ki, o bu şəri dayndırsın və nifrətdən kor olan insanların gözünü açsın. Özümüz də daha yaxşı olmalıyıq. Lakin həmişə öz xalqı uğrunda həlak olanları yad etməliyki", - deyə o əlavə edib.

Yaroslavl pravoslav yeparxiyasının nümayəndəsi həmçinin azərbaycanlıların tolerantlığını yüksək qiymətləndirərək Azərbaycan dövlətinin digər dinlərin, o cümlədən xristian dinin təmsilçilərinə göstərdiyi qayğı barədə danışıb. Eyni zamanda fərəh hissi ilə Bakı və Prikaspiy yepiskopu, Vladıka Aleksandrın əslən Yaroslavldan olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti