...

Ermənistandakı hazırkı vəziyyət – düşünülməmiş siyasətin nəticəsidir – Azərbaycan prezidenti

Siyasət Materials 3 Mart 2008 14:19 (UTC +04:00)
Ermənistandakı hazırkı vəziyyət – düşünülməmiş siyasətin nəticəsidir – Azərbaycan prezidenti

Azərbaycan, Bakı, 03 mart / " müxbir A.İsmayılova/ Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi bildirib ki, Ermənistandakı vəziyyət olduqca gərgindir. "Bu, düşünülməmiş işğal siyasətinin və özlərini təcrid edən siyasətçilərin fəaliyyətinin nəticəsidir" - deyə prezident Əliyev Azərbaycanın qərb regionuna səfəri zamanı bildirib.

Onun sözlərinə görə, ölkədə sabitlik inkişafla bağlıdır. "Harada sabitlik var, orada inkişaf var və ya əksinə" - deyə Azərbaycan prezidenti bildirib.

Ermənistanda fevralın 19-da prezident seçkiləri keçirilib. Onun yekunlarına əsasən, hökumətdən olan namizəd səslərin 52 faizini toplayan baş nazir Serj Sarkisyan qalib gəlib. Ümumilikdə ölkə başçısı postuna doqquz namizəd mübarizə aparırdı. İkinci yeri - Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan -21,5 faiz səslə tutub. Seçkilərin nəticələrilə razı olmayan müxalifət Ter-Petrosyanın başçılığı ilə artıq dördüncü gündür ki, oturaq tətil elan edib, eritaz aksiyaları keçirir. Müxalifətçilər hökumətə üç tələb təqdim edib: birbaşa yayım, seçkilərin saxtalaşdırılmasında günahı olanları cəzalandırmaq və yeni seçkilərin keçirilməsi.

Xəbər lenti

Xəbər lenti