...

Azərbaycan prezidenti Dmitri Medvedevi seçkidə qələbə münasibəti ilə təbrik edib

Siyasət Materials 3 Mart 2008 18:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend /Azərbaycan prezidenti İlham Əliyevbazar ertəsi Rusiyada keçirilən prezident seçkilərində qələbə münasibəti ilə Dmitri Medvedevi təbrik edib. Təbrik məktubunda Azərbaycan və Rusiya arasında dostluq və mehriban qonşuluq münasibətləri qeyd olunub.

"Bu gün iki ölkə arasında ikitərəfli münasibətlər strateji əməkdaşlığın yeni mərhələsinə qədəm qoyub" - deyə məktubda bildirilir.

Azərbaycan prezidenti təbrikdə regionda sülhün, stabilliyin inkişafına əmin olduğunu ifadə edib. Məktubda, həmçinin, birgə səylərin iki ölkə münasibətlərinin dinamik inkişafına, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsinə yönəldiləcəyi bildirilir.

Xəbər lenti

Xəbər lenti