...

Azərbaycan prezidenti Səudiyyə Ərəbistanı şahzadəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 18 Mart 2008 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend / Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 18-də Prezident sarayında Səudiyyə Ərəbistanı şahzadəsi Əl Valid bin Təlal bin Əbdüləziz Əl Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycanda reallaşdırılan müxtəlif biznes layihələrinin onlarda maraq doğurduğunu bildirən qonaq Bakıda keçirdiyi səmərəli görüşlər barədə dövlət başçısına məlumat verib.

Ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini, o cümlədən iqtisadi əməkdaşlığın genişləndiyini vurğulayan prezident Əliyev ilk dəfə Azərbaycana gələn şahzadə Əl Səudun səfərinin səmərəli olacağına və iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminliyini söyləyib.

Xəbər lenti

Xəbər lenti