...

Prezident İlham Əliyev AMEA -nın Geologiya institutunun əməkdaşlarını təltif edib

Siyasət Materials 18 Mart 2008 19:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart/ Trend / Prezident İlham Əliyev çərşənbə axşamı AMEA -nın Geologiya institutunun əməkdaşlarının böyük bir qrupunun təltif edilməsi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən , Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə, Fərid Dadaşov, Mənijə İsayeva "Şöhrət" ordeni, 4 əməkdaş "Tərəqqi" medalı ilə təltif olunub. İnstitut əməkdaşlarından 4 nəfərin böyük xidmətləri Prezidentin fərdi təqaüdü ilə qiymətləndirilib. Prezident , həmçinin, Geologiya institutunun 3 əməkdaşına Əməkdar elm xadimi, 5 əməkdaşa Əməkdar mədəniyyət işçisi, 16 nəfərə isə, Əməkdar mühəndis fəxri adlarının verilməsi ilə bağlı sərəncam verib.

Xəbər lenti

Xəbər lenti