...

Xarici şirkət və ARDNŞ Azərbaycan yatağı üzrə PSA tipli müqaviləni ləğv edib

Siyasət Materials 31 Mart 2008 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir V.Şərifov/ Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Böyük Britaniyanın "Caspian Energy Group" şirkəti ikitərəfli razılıq əsasında Azərbaycanın qurudakı "Kürovdağ" neft yatağına daxil olan blokun bərpası, istehsalı və bölünməsi üçün PSA tipli müqaviləni ləğv edib. Bu barədə bazar ertəsi ARDNŞ-dan məlumat verilib.

PSA tipli müqavilə 2004-cü ilin sonlarında imzalanıb, Azərbaycan Parlamenti tərəfindən təsdiqdən və tərəflərin müqavilə öncəsi razılığa gəlməsindən sonra sənəd qüvvəyə minməli idi.

Lakin Parlament sənədi qəbul etsə də, "Caspian Energy Group" müqavilə öncəsi bəzi öhdəlikləri yerinə yetirmədi, bundan başqa PSA tipli müqavilənin bəzi şərtləri şirkəti qane etmirdi.

"Tərəflər PSA müqaviləsini ləğv etmək və əvvəllər də yataqda fəaliyyət göstərən "Shirvanoil" birgə müəssisəsinin şərtləri daxilində paritet əsaslarla işləri davam etdirmək razılığına gəliblər" - ARDNŞ nümayəndəsi bildirib.

2007-ci ildə "Shirvanoil" BM müqavilə sahəsindən 215 min ton neft hasil edib ki, bu da 2006-cı il göstəricilərindən yeddi dəfə azdır. "Kürovdağ" yatağı 1929-cu ildə açılıb, 1955-ci ildən isə işlənməsinə başlanılıb.

Xəbər lenti

Xəbər lenti