...

Azərbaycan NATO-ya üzvlüyə dair müraciət etmək niyyətində deyil - birinci vitse-spiker

Siyasət Materials 7 Aprel 2008 15:25 (UTC +04:00)
Azərbaycan NATO-ya üzvlüyə dair müraciət etmək niyyətində deyil - birinci vitse-spiker

Azərbaycan, Bakı, 07 aprel / " , K.Zərbəliyeva/ Azərbaycan NATO-ya üzvlüyə dair müraciət etmək niyyətində deyil.

"Azərbaycan və NATO arasında əməkdaşlığın indiki səviyyəsi hər iki tərəfi qane edir" - deyə Azərbaycan Parlamentinin birinci vitse-spikeri, NATO PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov bazar ertəsi jurnalistlərə bildirib.

NATO-nun ötən həftə Buxarestdə keçirilən sammitində Ukrayna və Gürcüstanın Alyansa üzvlüyü barədə məsələlər müzakirə olunub. ABŞ-ın ciddi cəhdlərinə baxmayaraq, Ukrayna və Gürcüstanın NATO üzvlüyünə qəbul olunmasını Rusiya və bir sıra Avropa ölkələri dəstəkləməyib.

Ərazisində Dağlıq Qarabağ münaqişəsi olan Azərbaycan ilə NATO arasında əməkdaşlığın əsası 1994-cü il mayın 4-də imzalanmış "Sülh naminə tərəfdaşlıq" (SNT) proqram -sənədi ilə qoyulub. 1996-cı ilin aprelində proqram çərçivəsində qarşılıqlı fəaliyyətin konkret istiqamətlərini təyin edən rəsmi sənəd imzalanıb. Hazırda həmin sənədə uyğun olaraq, Azərbaycan ona həvalə edilmiş 50 tərəfdaşlıq məsələsini həll edir.

2005-ci ilin avqustunda Azərbaycan prezidenti "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlığı üzrə fəaliyyət planının təsdiqi haqqında" fərman imzalayıb. Hazırda "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlığı üzrə fəaliyyət planı" çərçivəsində əməkdaşlığın ikinci mərhələsi həyata keçirilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti