...

GUAM bu birliyə daxil olan ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmağı tələb edib

Siyasət Materials 11 Aprel 2008 15:01 (UTC +04:00)
GUAM bu birliyə daxil olan ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmağı tələb edib

Gürcüstan, Tbilisi, 11 aprel / " , müxbir N.Kirtsxalia/ ATƏT-in Daimi Şurasının iclasında Gürcüstan GUAM-ın adından bu birliyə daxil olan ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmağı tələb edib.

Gürcüstanın ATƏT-dəki səfiri Viktor Dolidze ATƏT Daimi Şurasının Vyanada keçirilən iclasında bəyanat verib. Dolidzenin jurnalistlərə verdiyi məlumata görə, bəyanat GUAM-ın adından verilib və bu bəyanat birliyə daxil olan ölkələrin - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın ərazi bütövlüyü məsələsinə toxunur.

"Biz diqqəti GUAM ölkələrinin son zamanlar bəzi ölkələr tərəfindən müəyyən təzyiqlərə məruz qalan ərazi bütövlüyü və suverenliyinin möhkəmləndirilməsinin vacibliyinə yönəltmişik" - deyə Dolidze bəyan edib.

Gürcüstanın ATƏT-dəki səfiri vurğulayıb ki, bu, birliyə daxil olan ölkələrin "ən yaralı" mövzusudur. O, həmçinin ATƏT-in yenidən formalaşdırılması ilə bağlı GUAM-ın mövqeyinin müəyyən edildiyini də bildirib.

GUAM-ın formatı 1999-cu ildə Avropa İttifaqı dövlət başçılarının Strasburq görüşü ərəfəsində yaradılıb. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat kimi elan olunması barədə qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti