...

Ukrayna Kosovonun müstəqilliyinin digər münaqişələrə şamil edilməyəcəyinə əmin olmaq istəyir – Timoşenko

Siyasət Materials 16 Aprel 2008 17:21 (UTC +04:00)

Fransa, Strasburq, 16 aprel / Trend , müxbir A.Məhərrəmli, S.İlhamqızı/ Ukrayna Kosovonun müstəqilliyini tanımazdan əvvəl bunun digər münaqişələrə şamil edilməyəcəyinə əmin olmaq istəyir. Bu fikirləri Ukraynanın Baş naziri Yuliya Timoşenko Ukraynanın Kosovonun müstəqilliyini tanımamasının səbəbləri barədə AŞPA-da ona ünvanlanmış sualı cavablandırarkən deyib.

"Qonşu dövlətlərdə hələ həll olunmamış münaqişələr mövcuddur. Ərazi bütövlüyü prinsipi bəzən təhlükə altına alınır. Ona görə Kosovonun müstəqilliyini tanımamışdan əvvəl əmin olmalıyıq ki, Kosovo unikal bir vəziyyətdir və digər münaqişələrə samil olunmayacaq"-deyə Timoşenko bildirib.

O, əlavə edib ki, Ukrayna qonşu dövlətlərin ərazi bütövlüyünü tanıyır. Buna görə də Ukrayna beynəlxalq təşkilatlardan Kosovo məsələsinə aydınlıq gətirilməsini gözləyir: "Beynəlxalq qurumlardan bu cavabı aldıqdan sonra, öz qərarımızı qəbul edəcəyik"-deyə Ukraynanın Baş naziri bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti