...

Azərbaycan müxalifətinə üzv olanların sayl azalıb - sorğu

Siyasət Materials 24 Aprel 2008 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanın müxalifət partiyalarına üzv olanların sayı ötən illərlə müqayisədə azalıb.

Müsavat Partiyasının İcra Aparatının sədri Arif Hacılı cümə axşamı Trend -a bildirib ki, 2000-ci ilə qədər olan statistika ilə müqayisədə son 2-3 ildə partiyaya üzv olanların sayı azalıb. Ancaq ötən illə müqayisədə bu il üzvlüklə bağlı artma tendensiyası hiss olunur. Hacılı partiyanın üzvlərinin sayını dəqiq söyləməsə də, üzvlərin 10 minlərlə olduğunu deyib.

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli cümə axşamı bildirib ki, təşkilata üzvlüklə bağlı müraciət edənlər olsa da, çoxluq təşkil etmir. Ötən illərlə müqayisədə partiyaya qəbul olunanların sayı azalıb. Onun sözlərinə görə, partiyanın üzvlərinin sayı azalıb və 25 mindən 21 minə düşüb.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Trend -a bildirib ki, ümumilikdə siyasi partiyalara maraq yoxdur. Bu da ölkədə olan ümumi durğunluqla bağlı olan məsələdir. ADP sədri deyib ki, təşkilata üzvlüklə bağlı müraciət edənlər var. O dəqiq say açıqlamasa da, qeyd edib ki, ümumilikdə partiyaya axın tendensiyası azalıb.

Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Qəzənfəroğlu isə Trend -a deyib ki, partiya say məsələsinə o qədər də önəm vermir. Amma partiyaya yeni üzvlər qəbul olunur. Ötən bir il ərzində təqribən min nəfər adam BQP-yə üz tutub. Qəzənfəroğlu da partiyalara marağın azalmasının ümumilikdə ölkədəki vəziyyətlə bağlı olduğunu deyib.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təşkilati məsələlər üzvə sədr müavini Samir Əsədli isə deyib ki, VHP-yə üzvlüklə bağlı 500-dək şəxs müraciət edib. Bu müraciətlər hazırda araşdırılır. Əsədlinin sözlərinə görə, ötən illərlə müqayisədə partiyaya maraq o qədər də çox deyil və qəbul olunan üzvləri 50 faiz azalıb.

Vətəndaş və İnkişaf Partiyasının təşkilati məsələlər üzrə sədr müavini Büllur Hümmətov vurğulayıb ki, son bir ildə qəbulla bağlı təxminən 280-nə yaxın müraciət olunub. Hümmətov əlavə edib ki, partiyaya üzv olunmayla bağlı vəziyyət qaneedici deyil. Bu da ümumilikdə siyasi mühitdəki süstlüklə bağlıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti