...

Latviya prezidenti Azərbaycana rəsmi səfərə gələcək

Siyasət Materials 24 Aprel 2008 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / " müxbir S.Ağayeva/ Latviya prezidenti Valdis Zatlers Azərbaycana rəsmi səfərə gələcək. Azərbaycan prezidentinin rəsmi dəvətini ölkənin xarici işlər naziri Elmar Məmmədyarov cümə axşamı latviyalı həmkarı Maris Riekstinşa təqdim edib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Latviyanın digər yüksək vəzifəli şəxsləri - Latviyanın XİN başçısı, bu ölkə parlamentinin Baş naziri və spikeri də Riqada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri tərəfindən bu il Bakıya səfərə dair dəvət alıb.

Səfər çərçivəsində Azərbaycanın XİN başçısı ölkə hökumətində görüşlər keçirib və ikitərəfli əlaqələrin inkişafı məsələlərini müzakirə edib. Tərəflər ölkələr arasında iqtisadiyyat, investisiya və energetika kimi sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi barədə razılıq əldə ediblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti