Azərbaycan, Bakı, 26 may / Trend / Azərbaycan prezidenti İlham Əliyev mayın 26-da Mişel Süleymanı Livan Respubliksının prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.
Təbrik məktubunda prezident Azərbaycan ilə Livan arasındakı münasibətlərin hər iki xalqın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.