...

Ankarada "Türksoy"un Daimi Şurasına yeni sədr seçilir

Siyasət Materials 27 May 2008 16:02 (UTC +04:00)

Türkiyə, Ankara, 27 may/ Trend , müxbir T.Əliyev/ Türkdilli dövlətlərin mədəniyyət sahəsində əməkdaşlıq qurumu olan "Türksoy"un Daimi Şurasının 24-cü toplantısında qurumun yeni sədri seçiləcək.

Türkdilli dövtələr arasında mədəni əlaqələrin inkişafı məqsədi ilə 1993-cü ildə yaradılmış "Trüksoy"un Daimi Şurasının 24-cü toplantısı çərşənbə axşamı Ankarada işə başlayıb. Toplantıda Türkiyə, Azərbaycan, Orta Asiya Türk cümhuriyyətləri, həmçinin, Rusiya və Moldovadakı Türk muxtar respublikalarının mədəniyyət nazirləri iştirak edirlər.

24-cü toplantının gündəliyində illik fəaliyyət planının müəyyən edilməsi, qarşıdakı dövrdə mədəniyyət və incəsənət sahəsində həyata keçiriləcək tədbirlərin müzakirəsi məsələləri var. Toplantıda "Türksoy"a yeni Baş direktor da seçiləcək. Bundan əvvəl quruma Azərbaycanın keçmiş mədəniyyət naziri Polad Bülbüloğlu rəhbərlik edib.

Toplantının açılışında çıxış edən Türkmənistan mədəniyyət və teleradio verilişləri naziri Gülmurad Muradov həmin vəzifəyə Qazaxıstanın mədəniyyət və təhsil nazirliyinin nümayəndəsi Beibit İssabayevin namizədliyini irəli sürüb. Məsələ ilə bağlı müzakirələr davam edir.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında bildirib ki, Baş direktor vəzifəsinə kimin seçilməsindən asılı olmayaraq, "Türksoy"un daha geniş proqramlar həyata keçirməsinin, inkişafının tərəfdarıdır. O, qeyd edib ki, Azərbaycan Türksoy çərçivəsindəki bütün təşəbbüsləri dəstəkləməklə yanaşı, bu qurumun daha ciddi beynəlxalq təşkilata çevrilməsini arzulayır.

Nazir Qarayev, gələn il Bakıda keçiriləcək İslam Konfransı Təşkilatı mədəniyyət nazirlərinin toplantısı ilə yanaşı, "Türksoy"un Daimi Şurasının da növbəti toplantısının Bakıda keçirilməsini təklif edib.

Türksoy Daimi Şurasının toplantısı iki gün davan edəcək.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti