...

ABŞ BMT missiyasının Abxaziyaya dair məruzəsini dəstəkləyir - amerikali diplomat

Siyasət Materials 28 May 2008 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 may / Trend , müxbir A.Qasımova/ ABŞ BMT missiyasının gürcü-abxaz münaqişəsi üzrə məruzəsini dəstəkləyir. Məruzədə bildirilir ki, Gürcüstanın pilotsuz təyarəsi Rusiya tərəfindən məhv edilib.

"BMT missiyasının Gürcüstanı müşahidə üzrə məruzəsi bizim gəldiyimiz nəticəni təsdiqləyir. Beləki, Rusiya, ona məxsus Su-27 və ya MiQ-29 təyyarələri 1994-cü il atəşkəs haqqında Moskva sazişini açıq-aydın pozduğuna görə, düşmən münasibət göstərməklə bağlı məsuliyyət daşıyır", - ABŞ Dövlət katibinin müavin köməkçisi Metyu Brayza Trend -a bildirib.

Bazar ertəsi BMT missiyası gürcü-abxaz münaqişə zonasında aprelin 20-də Abxaziya ərazisi üzərində Gürcüstanın pilotsuz təyyarəsinin rus qırıcısı tərəfindən vurulduğunu elan edib. Çərşənbə axşamı Gürcüstan Rusiyadan rəsmi üzürxahlıq və məhv edilmiş təyyarənin dəyərinin ödənilməsini tələb edib. Rusiya bütün ittihamları rədd edib. "Gürcüstanın dövlət sərhədinin pozulması haqqında söhbət gedə bilməz. Beləki, aprelin 20-də Rusiyanın hərbi təyyarələri sözügedən istiqamətdə üçmayıblar", - Rusiya Federasiyası Müdafiə Nazirliyinin nümayəndəsi Aleksandr Drobışevski bildirib.

"Moskvada, Abxaziyada bu yaxınlarda baş vermiş təxribat xarakterli hərəkətləri nəzərdən keçirmək və hərbi gərginliyi azaltmaq, yeni şeylər vəd edən sülh təşəbbüsünü irəli sürmək üçün Abxaziya və digər gürcü liderləri arasında bilavasitə danışıqları dəstəkləmək lazımdır", - elektron poçtla Brayza çərşənbə günü Trend -a bildirib. Amerikalı diplomat əlavə edib ki, indi yalnız irəliləmək vaxtıdır.

Abxaziyanın RƏM-i aprelin 20-də öz ərazilərində Gürcüstanın pilotsuz təyyarəsini məhv edib. "Biz dəfələrlə gürcü tərəfini Abxaziya ərazisində kəşfiyyat xarakterli uçuşları dayandırması haqqında xəbərdarlıq etmişik. Və bundan sonra da gürcü hava hərbi vasitələri məhv ediləcək", - abxaziyalı lider Sergey Baqapş bəyan edib.

SSRİ dağıldıqdan sonra Gürcüstan SSR tərkibində muxtariyyət statusuna malik olan Abxaziya və Cənubi Osetiya müstəqilliyini bəyan etdilər. Rəsmi Tbilisinin bu ərazilər üzərində nəzarətinin itirilməsiylə nəticələnən silahlı münaqışələrdən sonra uğursuz sülh danışıqları aparılır. Tbilisi onlara Gürcüstanın tərkibində geniş muxtariyyət təklif edir, lakin bu, separatçıları qane etmir.

Xəbər lenti

Xəbər lenti