...

Azərbaycan parlamenti prezidentliyə namizədlərin seçki fondunun məbləğini artırıb

Siyasət Materials 2 İyun 2008 13:05 (UTC +04:00)
Azərbaycan parlamenti prezidentliyə namizədlərin seçki fondunun məbləğini artırıb

Azərbaycan, Bakı, 02 iyun/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti prezidentliyə namizədlərin seçki fondunun məbləğini bir milyon manatdan on milyon manata qədər artırıb. Trend -un məlumatına görə, parlamentin bazar ertəsi keçirilən iclasında Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi məsələsi müzakirə olunub.

Seçki Məcəlləsinin təkmilləşdirilməsi üçün Azərbaycan hökuməti ilə Avropa Şurasının Venesiya Komissiyasının birgə müzakirələri nəticəsində yeni layihə hazırlanıb. Azərbaycan hökumətinin hazırladığı əlavə və dəyişikliklər layihəsinə Avropa Şurası Venesiya Komissiyası müsbət rəy verib.

Seçki Məcəlləsinə nəzərdə tutulan əlavə və dəyişikliklərə əsasən, istər prezidentliyə, istərsə də millət vəkilliyinə namizədlər üçün nəzərdə tutulan seçki fondunun məbləği artırılıb. Deputatlığa namizədlərin seçki fondu isə 85 min manatdan 500 min manata qədər artırılıb.

Parlament Seçki Məcəlləsinə əlavə və dəyişikliklər layihəsini 100 nəfər lehinə, üç nəfər əleyhinə və bir nəfər bitərəf qalmaqla qəbul edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti