Rusiya, Xantı-Mansiysk, 27 iyun / Trend müxbir R.Ağayev/ Rusiya və Avropa İttifaqı (Aİ) Rusiya və Aİ münasibətləri barədə yeni saziş üzrə danışıqlara başlayırlar. Bu barədə cümə günü Xantı-Mansiyskdə Rusiya-Aİ sammiti zamanı edilən birgə bəyanatda bildirilib.
"Biz işlərdə məqsədin strateji sazişdən ibarət olacağı baradə razılığa gəlmişik. Bu, gələcəkdə Rusiya-Aİ münasibətləri üçün hərtərəfli əsas yaradacaq və tərəfdaşlığımızın potensialının inkişafına yardım edəcək", - deyə bəyanatda bildirilir.
Bu saziş 2005-ci ilin may ayında Moskvada Rusiya-Ai sammitində təsdiq edilən Rusiya-Aİ-nin dörd ümumi məkanı üzrə "Yol xəritələri"nə daxil olan əsas qarşılıqlı fəaliyyət sahələrindəki hüquqi öhdəliklərin hüquqi əsaslarının möhkəmləndirilməsini təmin etməlidir.
Bəyanatda bildirilir ki, yeni saziş beynəlxalq öhdəliklər, Rusiya və Aİ Konvensiyalarına əsaslanıb və hazırkı tərəfdaşlıq sazişini əvəz edəcək.
Bu gün Xantı-Mansiyskda Rusiya-Aİ sammitinin zirvə görüşü işə başlayıb. Burada Rusiya prezidenti Dmitri Medvedyev, bu yarımildə Aİ-yə sədrlik edən Sloveniyanın Baş naziri Yanez Yanşi, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu, həmçinin , Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Xavyer Solana iştirak edirlər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend