...

Bakıda Azərbaycan və Çexiya arasında əməkdaşlıq məsələləri müzakirə ediləcək

Siyasət Materials 30 İyun 2008 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun / Trend , müxbir M.Əliyev/ Bakıda Azərbaycan və Çexiya arasında əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Çexiya Respublikasının xarici işlər naziri Karel Şvartsenberq (Karel Schwarzenberg) iyulun 3-də Azərbaycana rəsmi səfər edəcək və burada ölkələr arasında ikitərəfli münasibətlər müzakirə olunacaq. Bu barədə bazar ertəsi Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim bildirib.

İki günlük səfər çərçivəsində Şvartsenberq Azərbaycan prezidenti İlham Əliyev və müdafiə naziri Səfər Əbiyelə görüşəcək. İbrahim bildirib ki, bundan əlavə, Azərbaycan-Çexiya biznes-forumu da keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti