Azərbaycan, Bakı, 24 iyul/ Trend , müxbir E.Babayev/ Azərbaycanın hakim "Yeni Azərbaycan" partiyasının IV qurultayı avqustun ilk həftəsində keçiriləcək. Bu barədə Trend -a cümə axşamı partiyanın mətbuat xidmətindən məlumat veriblər.
Hakim partiyanın qurultayında rəsmi şəkildə Azərbaycan prezidentliyinə namizəd irəli sürüləcək. Azərbaycanda prezident seçkisinin oktyabrın 15 - də keçiriləcəyi gözlənilir.
Partiyanın mətbuat xidmətindən bildiriblər ki, qurultayın keçiriləcəyi tarix cümə axşamı partiya sədrinin müavini Əli Əhmədovun sədrliyi altında keçən partiyanın şəhər və rayon təşkilatlarının müşavirəsində rəsmi olaraq elan edilib."Qurultayda hazırki prezident İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüləcək", - Əhmədov söyləyib.
Müşavirədə qurultaya hazırlıq və qarşıdakı prezident seçkisi müzakirə edilib.
YAP Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin sədriliyi ildə 1992 - ci ildə yaradılıb. 15 ildir hakimiyyətdə olan partiyanın indiki sədri prezident İlham Əliyevdir.