Azərbaycanın müxalifət partiyasının rəhbərinin istefası tələb olunur

Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir E.Babayev/ Solçu Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) Mərkəzi Komitəsinin keçmiş üzvü Elşən Manafov prezident seçkilərində namizədliyini irəli sürmək niyyətindədir.

"Ancaq seçkidə iştirak etmək üçün maliyyə dəstəyi yoxdur. Maliyyə resrursları olsa mən seçkidə namizədliyimi verə bilərəm", çərşənbə günü Trend -a Manafov bildirib.

Trend -un arayışı: ASDP-nin bazar ertəsi keçirilən Mərkəzi Plenumunun iclasında prezident seçkilərində öz namizədi ilə iştirak etməmək barədə qərar çıxarılıb. Qərar partiyada maliyyə probleminin olması ilə izah olunub.

ASDP Mərkəzi Komitəsinin üzvü Manafov isə bu qərara etiraz olaraq tutduğu vəzifədən istefa verib. O, istefasının səbəbini partiyanın prezident seçkisində iştirak etməmək barədə qəbul etdiyi qərarı və partiyada avtoritarizmin yaranması ilə izah edib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Manafov bildirib ki, o, ASDP üzvlüyündən isə istefa verməyib.

"Sentyabr ayında ASDP-nin qurultayı olacaq və mən qurultayda partiyanın həmsədri Araz Əlizadənin istefasını tələb edəcəyəm", - deyən Manafov vurğulayıb ki, bütün dünyada solçu partiyalar ciddi uğurlar əldə edirlər. Azərbaycanda isə sol partiya olan ASDP heç bir nəaliyyət əldə etməyib. Partiyanın rayon təşkilatlarının fəaliyyəti iflic vəziyyətinə düşüb. Manafov onu da bildirib ki, partiyanın rəhbərliyində yalnız Əlizadənin adamları təmsil olunur və partiyanın digər həmsədri Ayaz Mütəllibovun bir nəfər də olsun tərəfdarı yoxdur.

"Mən qurultayda partiyanın rəhbərliyinə islahatçı gənclərin gəlməsini tələb edəcəyəm", - deyən Manafov əlavə edib ki, o, istəyinə nail olmasa, ASDP-ni tam tərk edib, Solçu Demokrat Partiyası yaradacaq.

ASDP həmsədri Araz Əlizadə isə Trend -a bildirib ki, Manafovun indiyə qədər susması və indi birdən-birə bu tipli bəyanatlar verməsi maraq doğurur. "Görünür, onun hansısa məqsədi var və o, əsl niyyətini açıqlasa daha yaxşı olar. Qaldı ki, rəhbərlikdə Mütəllibovun adamlarının olmamasına, bu bəyanat da doğru deyil. Biz Mütəllibovla birləşəndə partiyanın rəhbər strukturlarında demək olar ki, eyni sayda təmsil olunurduq. Sonradan kimlərsə partiyanı tərk edib. Sabah Manafov da partiyanı tərk etsə, biz onun ayağına yıxılıb, saxlayası deyilik", - deyən Əlizadə Manafov tərəfindən onun istefasının tələb edilməsinə də toxunub.

Əlizadə vurğulayıb ki, bu məsələ qurultayın səlahiyyətində olan məsələdir. "Onu da bildirim ki, Manafov hər dəfə Mərkəzi Komitəyə seçkilər zamanı kifayət qədər səs qazana bilmirdi. Yalnız mənim təkidimdən sonra o, Mərkəzi Komitəyə düşə bilib", - deyən ASDP həmsədri Manafovun Mütəllibov tərəfindən idarə olunduğuna isə inanmadığın deyib. "Mütəllibov seçkidə iştirakın əleyhinədir. Manafov isə seçkidə iştirak etməyin tərəfdarı kimi çıxış edir", - deyə o əlavə edib

ASDP sol təmayüllü müxalifət partiyasıdır. Partiyanın həmsədri Əlizadə, digər həmsədri isə Azərbaycanın eks-prezidenti, hazırda mühacirətdə yaşayan Mütəllibovdur.

1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra Mütəllibov ilk prezident seçilib. 1992-ci ildə Xalq Cəbhəsi Hərəkatının hakimiyyətə gəlişindən sonra ölkəni tərk edib, o vaxtdan indiyədək Rusiyada mühacirətdə yaşayır.

Eks-prezident Azərbaycanın Baş Prokurorluğunun ittihamı əsasında beynəlxalq axtarışa verilib. Mütəllibov dövlət çevrilişinə cəhd, qanunsuz silahlı dəstələrin yaradılması, zorla hakimiyyəti ələ almaq və digər ağır cinayətlər törətməkdə günahkar bilinir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected].az

Region universitetlərinin tələbə və müəllimləri üçün Tədqiqat metodları və 
Akademik yazı üzrə təlim (FOTO)
Region universitetlərinin tələbə və müəllimləri üçün Tədqiqat metodları və Akademik yazı üzrə təlim (FOTO)
“Media haqqında” qanunda media Ombudsmanı ilə bağlı məsələ yer almayıb - Əhməd İsmayılov
“Media haqqında” qanunda media Ombudsmanı ilə bağlı məsələ yer almayıb - Əhməd İsmayılov
Biznes subyektləri ilə media orqanları arasında müzakirələr keçiriləcək
Biznes subyektləri ilə media orqanları arasında müzakirələr keçiriləcək
Loading Bars
Xəbər lenti
Bakıda 22 yaşlı gənc özünü dənizə atıb
Region universitetlərinin tələbə və müəllimləri üçün Tədqiqat metodları və Akademik yazı üzrə təlim (FOTO)
Azərbaycanın tədiyə balansı 2,4 milyard dolları ötüb
“Media haqqında” qanunda media Ombudsmanı ilə bağlı məsələ yer almayıb - Əhməd İsmayılov
Biznes subyektləri ilə media orqanları arasında müzakirələr keçiriləcək
Onlayn mediaya güzəştlərlə bağlı iş gedir - Agentlik rəhbəri
Bəzi media orqanlarının feyk xəbərləri peşəkar KİV-in fəaliyyətinə mənfi təsir edir - Əhməd İsmayılov
“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatıb
DİN oyuncaq silah gəzdirənlərə xəbərdarlıq edib
Mina xəritələrinin dəqiqliyinə tam əmin olmaq təhlükəlidir - Emin Hüseynov
Media subyektlərinə güzəştli kreditlər verilə bilər - Agentlik rəhbəri
Media qurumlarına 5 il müddətində vergi güzəştlərinin tətbiq nəzərdə tutulur
Ağdamda İmarət stadionunun yeri dəyişdirilir, böyük kompleksin tikintisi nəzərdə tutulur
"Altılıq" formatının Moskva görüşündə Azərbaycanı Xələf Xələfov təmsil edəcək
“Media haqqında” qanun layihəsi yaxın zamanlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq
STEAM Azərbaycan Festivalına start verilib
15 bölgədə STEAM layihəsi həyata keçiriləcək - Təhsil naziri
Azərbaycan nefti bahalaşıb
Deputat Anar İsgəndərovun tələbələrlə görüşü olub (FOTO)
Bitkoin maliyyə resursu kimi dayanıqlılıq nümayiş etdirir - "FARI Solutions"
Sabah Moskvada "altılıq" formatının ilk iclası keçiriləcək
Kərpic sexində fəhlə ölüb
Xəzərdə tapılan insan skeletinin kimə məxsus olduğu müəyyənləşib
Mərkəzi Gömrük Hospitalının tibb bacıları “Kritik vəziyyətlərdə ilk tibbi yardım” təlimində iştirak ediblər (FOTO)
Sınaq imtahanlarına qeydiyyat bu gün başa çatır
Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə bəslədiyi ümidlər boşa çıxdı - TƏHLİL
Tovuzda iki qardaş bıçaqlanıb, biri ölüb
Toyda karantin qaydalarını pozan 4 nəfər cərimələndi
Bank Respublika “Nağd kredit al, kreditin 5%-ni geri al!” kampaniyasına start verib (FOTO)
Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub
Hacıqabul sakinindən sənədsiz ov tüfəngi götürülüb
Xarici valyutaların manata qarşı məzənnələri
Bakıda möhtəşəm "Avant Park" yaşayış kompleksinin inşasına start verildi (FOTO/VİDEO)
Zaqatalada avtomobil təmiri sexi yanıb
Ötən gün 18 koronavirus xəstəsi küçədə yaxalanıb
Bakıda yaşlı kişi metroda öldü
2020-ci il dekabrın 10-da keçirilmiş parad qalib ordunun Zəfər yürüşü idi - Kamaləddin Qafarov
Suraxanı rayonunda “Böyük Zəfər” məhəllələrarası mini futbol yarışlarının rayon turu başa çatıb (FOTO)
Azərbaycanla İran Astaraçay üzərində yeni körpünün inşası üzrə işlərə başlayıb - Səfir (ÖZƏL)
ABŞ-da AstraZeneca-nın COVID-19-a qarşı dərmanın istifadəsinə icazə verilib
ABŞ-da 5G-nin təhlükəsi barədə xəbərdarlıq edilib
Niderland Rotşildlərdən Rembrandtın rəsmini almaq üçün 150 milyon avro ayırıb
“Tottenhem” - “Renn” oyunu COVID-19-a yoluxma hallarına görə təxirə salınıb
ABŞ-da 2050-ci ilə qədər tullantıların sıfıra endirilməyi nəzərdə tutulur
Rusiya Türkiyəyə S-400-lərin əlavə partiyasını göndərmək niyyətindədir
Türkiyə və İran prezidentləri ikitərəfli münasibətləri müzakirə ediblər
"Barselona" Çempionlar Liqasının pley-off mərhələsinə çıxa bilməyib
Böyük Britaniya COVID-keçid sistemini tətbiq edəcək
UEFA Çempionlar Liqası: "Atalanta"-"Vilyarreal" oyunu təxirə salınıb
Gürcüstan Azərbaycana ən çox ixrac olunan malları açıqlayıb
Polad Bülbüloğlu və Fransanın Rusiyadakı səfiri Soçi görüşünün nəticələrini müzakirə ediblər
SOCAR Gürcüstanda gələn il 3000-dən çox günəş paneli quraşdırmağı planlaşdırır
Avropada qazın qiyməti min kubmetr üçün 1200 dolları ötüb
ABŞ investorların işğaldan azad edilən ərazilərin bərpasında iştirakı barədə müzakirə aparılıb
Azərbaycan və İran arasında ticarət dövriyyəsinin artırılması istiqamətində addımlar atılacaq - Səfir
Misirdə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən sərgi təşkil olunub (FOTO)
Türkiyə qoyun və keçilərin sayına görə Avropada birinci yerə yüksəlib
bp yeni təşkilati struktur sayəsində Azərbaycanda məhsuldarlığı artırıb
Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün 1 200 dollar həddini keçib
Dekabrın 9-na USD/AZN rəsmi məzənnəsi
Büdcə qaydasının yeni təkmilləşdirilmiş variantı təklif olunur - Nazir
Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna edilən dəyişikliklər plenar iclasa tövsiyə olunub
Azərbaycanın Büdcə Məcəlləsi hazırlanır
Peşəkar Mühasib Sertifikatı üçün keçirilən imtahanın nəticələri elan olunub
Nizami Gəncəvinin 880 illiyinə həsr edilən tədbir keçirilib (FOTO/VİDEO)
Şamaxıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb (VİDEO)
Polisin evindən "Qəhrəman ana" medalını oğurlayanlar məhkəmə qarşısına çıxarıldı
Bakıda yeni vəkil bürosu açılıb (FOTO)
Mikayıl Cabbarov Azəbaycan Güləş Federasiyasının prezidenti seçilib
Tədavülə yeni 20 qəpik buraxılıb
Dünya şöhrətli polşalı alimə ADNSU-nun Fəxri doktoru adı verilib (FOTO)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
“Azərbaycan Hava Yolları” BƏƏ turizm agentləri üçün təqdimat keçirib (FOTO)
20 manatlıq pul əsginası yenilənib (FOTO)
Hindistanın baş qərargah rəisi həyat yoldaşı ilə birgə helikopter qəzasında həlak olub
Vətəndaşlardan 10 ədəd ov tüfəngi götürülüb
MDU-da beynəlxalq elmi konfrans keçiriləcək
Baş Prokurorluğun əməkdaşı Bolqarıstanda səfərdə olub
İcbari tibbi sığorta üzrə xidmətlər zərfində bir sıra əməliyyatlar üçün limit nəzərdə tutulub
İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2 550 sayda tibbi xidmət daxildir - Agentlik
Bu gün dünyada 537 milyon insan şəkərli diabetdən əziyyət çəkir - Əhliman Əmiraslanov
Elektron Ədliyyə Köşkü pandemiya dövrünə qədər çox geniş istifadə edilirdi - İdarə rəisi
İl ərzində doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb
Kəlbəcərdə mövqelərimiz atəşə tutulub - MN
Yelo Bank-la pulunuz daha çox artsın
Azərbaycanda doğumu qeydə alınmamış uşaqlara daha çox rast gəlinən rayonlar AÇIQLANDI
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları ilə taktiki-xüsusi təlim keçirilib (FOTO/VİDEO)
Azərbaycanda neçə şəkərli diabet xəstəsi var?
Qardaşını öldürməkdə təqsirləndirilən şəxsə bəraət verildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 210 nəfər COVID-19-a yoluxub, 15 nəfər ölüb
Azərbaycanda qeydiyyatdan keçən siyasi partiyaların sayı açıqlanıb
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda tunellərin inşasına başlanılıb (FOTO)
İlkin tanışlıq Ermənistanın verdiyi mina xəritələrinin qeyri-dəqiq olması təəssüratını yaradır - ANAMA rəhbəri
Təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb (FOTO)
Türkiyə parlamentində dava: Deputatlar yumruqlaşdı (VİDEO)
Mobil Notarial tətbiqi ilk dəfə olaraq Azərbaycanda tətbiq edilir - İdarə rəisi
Azyaşlıların narkotik istifadəsinə səbəb valideyn nəzarətsizliyidir - Orxan Cəfərov
Oğuzda koronavirus xəstəsi mağazada saxlanıldı (VİDEO)
40-dan çox dövlət informasiya resursu Ədliyyə Nazirliyinin elektron rəqəmsal sistemlərinə inteqrasiya edib
Bütün xəbərlər