...

Rusiya ordusunun Gürcüstandan çıxması hələ müşahidə olunmur

Siyasət Materials 22 Avqust 2008 12:29 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Rusiya Federasiyası müdafiə nazirinin rus ordusunun Gürcüstandan çıxarılmasına dair vədi yerinə yetirilmir. Səhər saat 09.00 üçün nə Şərqi Gürcüstanda - Qoridə və onun ətrafında, nə də Qərbi Gürcüstanda - bütün iri şəhərləri Rusiya hərbçilərinin nəzarəti alıtnda olan Sameqrelo regionunda Rusiya qoşunlarının hərəkəti nəzərə çarpmır.

RF müdafiə naziri Anatoli Serdyukov bir gün əvvəl bildirib ki, cümə günü bütün rus ordusu Gürcüstanı tərk edərək Cənubi Osetiyaya gələcək.

"Ali baş komandanın sərəncamına əsasən, cümə günü, avqustun 22-i, səhər saat 6.00-da gürcü-osetiya münaqişəsi zonasında sülhməramlı kontingentə verilən bütün Rusiya hərbi hissələri Gürcüstan ərazisindən Cənubi Osetiyaya hərəkət etməyə başlayacaq", - Serdyukov bildirib.

O əlavə edib ki, Gürcüstan ərazisindən bütün hissələrin çıxarılması gün ərzində başa çatacaq

Məqalə müləfii ilə əlaqə ünvanı [email protected]

Xəbər lenti

Xəbər lenti