...

Azərbaycan prezidenti postuna iddiaçı imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına təqdim edib

Siyasət Materials 1 Sentyabr 2008 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycan prezidenti postuna iddialı olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bazar ertəsi seçicilərin imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. Bu barədə Trend -a partiyanın mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. MSK indiyədək 20 nəfərin namizədliyini təsdiq edib. Onların sırasında hakim Yeni Azərbaycan Partiyasının təmsilçisi, ölkə prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev, Yaşıllar Partiysının sədri Mais Güləliyev, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Qəzənfəroğlu, Teymur Quliyev ( alim), Yaşar Əhmədov (işsiz), Əlimuxtar Əkbərov (təqaüdçü), Sevinc Quliyeva (Sumqayıt Mərkəzi Klinik Xəstəxanasında sanitar), Vüqar Seyidov (həkim), "Ekspertiza" qəzetinin baş redaktoru Süleyman Quliyev, Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəyli, həmçinin müstəqil namizədlər Arif Əliyev və Əli Ağayev,Əliyar Səfərli, və Mübariz Allahverdiyev, bitərəf Fikrət Axundov var.

Azərbaycanda prezidentliyə namizəd kimi təsdiq olunmaq üçün 40 min imza toplamaq lazımdır.

Partiyanın məlumatına görə, 88 seçki dairəsindən 45 570 seçki imzası toplanıb.

MSK hazırki prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev və müxalifətyönlü Ümid Partiyasının sədri İqbal Ağazadəni prezidentliyə namizəd qismində rəsmi olaraq təsdiq edib.

Müasir Müsavat Partiyası 2000-ci ildə təsisi edilib, 2002-ci ildə dövlət qeydiyyatından keçib. Partiya özünü hakimiyyətə konstruktiv müxalifət hesab edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı trend

Xəbər lenti

Xəbər lenti