...

Azərbaycan yığması XIII Pekin Yay Paralimpiya Oyunlarında ilk qızıl medalı qazanıb

Siyasət Materials 9 Sentyabr 2008 19:13 (UTC +04:00)
Azərbaycan yığması XIII Pekin Yay Paralimpiya Oyunlarında ilk qızıl medalı qazanıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 09 sentyabr / Trend / Azərbaycan yığması XIII Pekin Yay Paralimpiya Oyunlarında çərşənbə axşamı daha 3 medal qazanıb.Medalçılarımızın hər üçü cüdoçu olub.

100 kq-dan artıq çəkidə mübarizə aparan İlham Zəkiyev növbəti dəfə Paralimpiya çempionu olub. 28 yaşlı cüdoçu 4 il öncə Afinadada keçirilən Paralimpiya Oyunlarında da çempion olub.

Tofiq Məmmədov (90 kq) və Kərim Sərdarov (100 kq) gümüş medala yiyələniblər.

Bununla da, milli komandamızın aktivindəki medalların sayı 5-ə çatıb. Azərbaycan milli komandası XIII Pekin Yay Paralimpiya Oyunlarında18 idmançı ilə təmsil olunur.

İndiyədək 1 qızıl, 2 gümüş, 2 bürünc mükafata sahib çıxmış Azərbaycan medal qazanan ölkələrin siyahısında 25-ci pilləyə qalxıb.

Pekin Paralimpiadası sentyabrın 17- də başa çatacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti