...

Medvedyev ilə separatçı Abxaziya və Cənubi Osetiya hökumətləri arasında imzalanan sənəd heç bir hüquqi qüvvəyə malik deyil – Gürcüstan XİN

Siyasət Materials 17 Sentyabr 2008 19:48 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Medvedyev və separatçı Abxaziya və Cənubi Osetiya hökumətləri arasında imzalanan "Əməkdaşlıq və Dostluq haqqında" sənəd heç bir hüquqi qüvvəyə malik deyil, Gürcüstan xarici işlər nazirinin müavini Qriqol Vaşadze jurnalistlərlə söhbətində bildirib. Onun sözlərinə görə, Abxaziya və Tsxinvali regionu Gürcüstanın ayrılmaz hissəsidir və "Rusiya Kremldə onu qane edən istənilən klounadanı təşkil edə bilər, lakin bu, nə beynəlxalq hüquq, nə də beynəlxalq ictimaiyyətə heç bir təsir göstərməyəcək".

"Gürcüstanın cavab addımına gəldikdə isə, oktaybrın 15 - də Cenevrədə danışıqlar başlayacaq. Bu danışıqlarda bizim başlıca tələbimiz bütün Rusiya qoşunlarının Gürcüstan ərazisindən dərhal çıxarılması olacaq və bu tələbdə biz tək deyilik", - Vaşadze qeyd edib.

Xəbər lenti

Xəbər lenti