...

Hakimiyyətin müəyyən hissəsi Abxaziya və Cənubi Osetiyanın itirilməsi ilə barışıb  -- Nino Burcanadze

Siyasət Materials 27 Sentyabr 2008 17:03 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 sentaybr/ Trend , müxbir N.Kirtsxaliya/"Gürcüstan hakimiyyəti Avropa İttifaqı müşahidəçilərinin münaqişə zonalarından kənarda yox, həm də zonalar daxilində yerləşdirilməsi üzrə fəal iş aparmalıdır. Lakin mən dəqiq bilirəm ki, indi ölkə hakimiyyətinin başqa prioritetləri var", - Gürcüstan parlamentinin keçmiş spikeri Burcanadze deyib.

"Bu gün Gürcüstan hökuməti üçün prioritet yalnız iqtisadiyyatdır. Bəli, sözsüz ki, qaçqınların qeydinə qalınmalıdır və xalqın çətinlik çəkməməsi üçün hər şeyi etmək lazımdır. Lakin hakimiyyət nümayəndələri bütün danışıqları yalnız iqtisadi problemlərdən başalyırlar, halbuki hazırda ölkənin birinci dərəcəli vəzifəsi Rusiyanın Abxaziya və Cənubi Osetiyada öz mövqeyini gücləndirməməsidir", - keçmiş spiker qeyd edib.

"Biz orada Rusiya hərbi bazalarının yerləşdirilməməsi, Rusiyanın qanuniləşməməsi və təsdiq edilməməsi üçün əlimizdən gələni etməliyik. Lakin göründüyü kimi, hakimiyyətin müəyyən hissəsi  Abxaziya və Cənubi Osetiyanın itirilməsi ilə barışıb və əhalinin iqtisadi problemlərə görə etiraz etməməsini prioritet hesab edir", - Burcanadze bəyan edib.  

Xəbər lenti

Xəbər lenti