...

AŞPA Rusiyadan separatçı rejimlərin müçtəqilliyinin tanınmasının ləğvini tələb edib

Siyasət Materials 2 Oktyabr 2008 18:04 (UTC +04:00)
AŞPA Rusiyadan  separatçı rejimlərin müçtəqilliyinin tanınmasının ləğvini tələb edib

Fransa, Strasburq , 02 oktyabr/ Trend , müxbir A. Məhərrəmli/ AŞPA - nın payız sessiyasinda Gürcüstandaki vəziyyətlə baglı keçirilən növbəti müzakirələrdə parlamentarilər silahlı münaqişənin faciə, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin Rusiya tərəfindən birtərəfli qaydada tanınmasının qəbuledilməz və bunun beynəlxalq hüquq və AŞ prinsiplərinə zidd olduğunu qeyd ediblər.

AŞPA Rusiyadan separatci rejimlərin müstəqilliyinin tanınmasının ləgvini də tələb edib.

Gürcüstanın ərazi bütövlüyünün toxunulmazlığını vurğulayan parlamentarilər tərəfləri üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə dəvət etməklə yanaşı, münaqişənin dinc yolla həll olunmasını və AI ilə Rusiya arasında imzalanan sülh planının yerinə yetirilməsini diqqətə çatdırıblar.

Bu məqsədlə tərəflər arasında həqiqi dialoqun və etimad mühitinin yaranmasının münaqişənin həlli üçün ən yaxsı vasitə olduğu önə çəkilib.

Çıxışlarda regionda vəziyyətin acınacaqlı olduğu da qeyd edilib.

Deputatlar regionda humanitar vəziyyətin yaxşılaşdırılması və qaçqınların yurd-yuvalarına qayıtmasını təmin etmək üçün bölgəyə beynəlxalq ekspertlərin göndərilməsi və təcili humanitar tədbirlərin görülməsini məqəsədəuyğun hesab ediblər.

Xəbər lenti

Xəbər lenti