...

Azərbaycan prezidenti Almaniyanın federal kanslerinə təbrik məktubu göndərib

Siyasət Materials 2 Oktyabr 2008 18:59 (UTC +04:00)

Azərbayan, Bakı, 02 oktyabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Almaniyanın federal kansleri Angela Merkelə bu ölkənin milli bayramı - Alman birliyi günü münasibətilə təbrik məktubu göndərib. "Milli bayramınız - Alman birliyi günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm. Bu gün Azərbaycan ilə Almaniya arasındakı münasibətlər möhkəm dostluq əlaqələri və geniş əməkdaşlıq imkanları ilə səciyyələnir", - deyə təbrik məktubunda qeyd olunub.

Azərbaycan prezidenti əminliyini bildirib ki, iki ölkə arasında qarşılıqlı maraq doğuran və bir çox sahələri əhatə edən işbirliyi xalqlarımızın mənafeləri naminə daim öz miqyasını genişləndirərək, hər cəhətdən faydalı olacaqdır: "Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin - amanlıq və rifah diləyirəm". Azərbaycan prezidenti Almaniyanın federal prezidenti HorstKölerədə Almaniyanın milli bayramı-Alman birliyi günü münasibətilə təbrik məktubu göndərib.

"Azərbaycan -Almaniya münasibətlərinin inkişafı sahəsindəki nailiyyətlərimiz bizi sevindirir. Əminəm ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində bundan sonra da ardıcıl səylər göstərəcəyik", -deyə məktubda qeyd olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti