...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərində beynəlxalq müşahidəçilərin siyahısını açıqlayıb

Siyasət Materials 3 Oktyabr 2008 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 oktyabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə prezident seçkilərinin gedişini izləyəcək beynəlxalq müşahidəçilərin siyahısını açıqlayıb.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

MSK - nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin cümə günü Trend - a bildirdiyinə görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan (DİİHB) 297, MDB Parlament Assambleyasından 3, MDB İcraiyyə Komitəsindən 256, Latviya Mərkəzi Seçki Komissiyasından 2, Rusiya Mərkəzi Seçki Komissiyasından 3, Ukrayna Mərkəzi Seçki Komissiyasından 4, İsrail və Finlandiyanın Azərbaycandakı səfirliklərindən 1, Beynəlxalq Respublikaçılar İnstitutundan 2, Milli - Demokratik İnstitutdan 5 müşahidəçi qeydə alınıb.

Qeydə alınmış beynəlxalq müşahidəçilərin ümumi sayı 574 nəfərdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti