...

Azərbaycan prezidenti Horadiz şəhərində tibb mərkəzinin tikintisinin gedişi ilə tanış olub

Siyasət Materials 4 Oktyabr 2008 14:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 oktyabr / Trend / Oktyabrın 4-də prezident İlham Əliyev Horadiz şəhərində tibb mərkəzinin tikintisinin gedişi ilə tanış olub.

Dövlət başçısı mərkəzin baş planına baxıb.


Tikintinin təməli bu ilin aprelində prezident İlham Əliyev tərəfindən qoyulub. Gələn il istifadəyə veriləcək üç korpusdan ibarət mərkəzdə qəbul otağı, stasionar şöbə, rentgen kabineti, laboratoriya, əməliyyat bloku, reanimasiya və doğum şöbələri olacaq. Mərkəzin daimi elektrik enerjisi təchizatı, qazanxana və camaşırxanası olacaq. İnşaat işlərində yerli sakinlər çalışır.


Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilən və ən müasir tibbi avadanlıqla təchiz ediləcək mərkəzdə ətraf bölgələrdən gələnlərə də tibbi xidmət göstəriləcək.


Prezident İlham Əliyev tikinti işlərinin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlarını verib. Eyni zamanda, bildirib ki, rayondaxili yolların, o cümlədən Horadiz şəhərini 4 kəndlə birləşdirən yolun bərpası, rayon icra hakimiyyəti üçün yeni binanın tikintisi, evlərin bərpası və digər vacib məsələlərin həlli üçün əlavə vəsait ayrılacaq.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti