...

İran Aİ - nin Ali komissarına cavab verib (yenilənib)

Siyasət Materials 6 Oktyabr 2008 20:30 (UTC +04:00)
Azərbaycan, Bakı, 06 oktyabr/ Trend / Şranın Ali Təhlükəsizlik Şurasının katibi Səid Cəlili Avropa İttifaqının xarici əlaqələr üzrə Ali komissarı Xavyer Solanaya cavab məktubu göndərib. Bu barədə İranın Mehrnyus agentliyi xəbər verib. Məktub İranın Brüsseldəki səfirinin vasitəsilə Solanaya çatdırılacaq. Məktub iki səhifədən ibarətdir. Məktubda BMT Təhlükəsizlik Şurasının sonuncu iclasından sonra baş verən dəyişikliklər öz əksini tapıb. Cəlili məktubda Qərb ölkələrinin İranın uranın zənginləşdirilməsi proqramına reaksiyasına da cavab verib.

Xavyer Solanaya ünvanlanan məktubda bildirilir, ki təziq etməklə Avropa və "5+1" ölkələri heç nəyə nail ola bilməzlər və onları daha məntiqli olmağa çağırıb.

Məktubda deyilir ki, İran MAQATE ilə və "5+1" ölkələri ilə əməkdaşlıq edir və bəzən İran beynəlxalq içtimayyətə sual verəndə heqemon dövlətlər güc tədbiq edirlər. Beynəlxalq içtimayyətin İrana məntiqsiz yanaşması, bir daha onu sübut edir ki, onların heç bir dəlili yoxdur.

Məktub Rusiya, Fransa, Almaniya, Çin və Böyük Britaniya xarici işlər nazirliklərinə, İranın Brüsseldə olan səfiri vasitəsilə göndəriləcək, ABŞ-na isə məktubu İsveçrənin Tehrandakı səfiri verəcək.

2008-ci ilin sentyabrın 27-də BMT Təhlükəsizlik Şurası İrana qarşı dördüncü qətnaməni qəbul etdi. Qəbul edilən sənəddə yeni sanksiyalar yoxdur, lakin burada qəbul edilən digər üç qətnamənin yerinə yetiriləsi tələb olunur.

Xəbər lenti

Xəbər lenti