Əfqanıstan, Kabil, 07 oktyabr/ Trend , müxbir A. Hakimi/ Əfqanıstan prezidentinin mətbuat katibi Humayun Həmidzadə CNN-nin Məkkədə "Taliban" nümayəndələri və Əfqanıstanın rəsmi şəxsləri arasında danışıqların aparılması barədə yaydığı xəbəri təkzib edib.
"Heç vaxt heç bir ölkə "Taliban" ilə Əfqanıstan arasındakı münasibətlərdə vasitəçi olmayıb", -deyə Humayun çərşənbə axşamı Xarici İşlər Nazirliyində keçirilən konfransda bildirib.
"Əfqanıstanın qapıları hamıya açıqdır;istər sülh, itstərsə də müharibə üçün gələnlərə", - deyə o əlavə edib. Mətbuat katibinin sözlərinə görə, Əfqanıstan yalnız onun Konstitusiyasını tanıyanlarla əmakdaşlıq edəcək.
Həmidzadənin sözlərinə görə, "Taliban" Əfqanıstan ilə danışıqlarıdan imtina edib.
CNN telekanalı oktaybrın 6 - da Əfqanıstanın rəsmi şəxslərinin sentyabrın sonunda Məkkədə "Taliban" nümayəndələri ilə görüşdüyü barədə məlumat yayıb. CNN müxbiri Nik Robertsonun verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının kralı Ramazan ayının sonunda Əfqanıstanın 17 nümayəndəsini qonaq dəvət edib, onlardan ikisi dövlət xadimi,11-i "Taliban"ın üzvləri olub. Qonaqlar arasında Əfqanıstan İslam Partiyası sədrinin nümayəndəsi Qulbəddin Hikmətyar və üç naməlum şəxs olub.
CNN - nin məlumatına görə, danışıqlar dörd gün davam edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]