...

İranın Aİ - nin xarici siyasət və təhlükəsizlik üzrə Ali komissarına və 5+1 qurupu ölkələrinə ünvanladığı məktub açıqlanıb

Siyasət Materials 7 Oktyabr 2008 18:10 (UTC +04:00)

İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Səid Cəlili Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə Ali komissarı Havyer Solanaya və 6 ölkənin nümayəndəsinə məktub ünvanlayıb. Bu haqda İran İslam Respublikasının Bakıdakı Səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Məktubda Tehranın məntiqi suallarına aydın cavab verilməməsini tənqid edərək, Cəlili bildirir:

"Cenevrədə aparılan danışıqların, eləcə də bir-birinə aydın və şəffaf cavabların verilməsi barədə tərəflərin vurğuladıqları məqamları nəzərə alaraq, İran İslam Cümhuriyyəti özünün 5 avqust 2008 - ci il tarixli məktubunda, sorğulara aydın cavabın alınması müqabilində aydın və şəffaf cavabın verilməsinə hazır olduğunu bildirib. avqustun 11 -də telefon bağlantısı zamanı Siz, bu rəftarı alqışlamaqla yanaşı, bunu istəmişdiniz ki, müavinlərimiz şübhəli məqamlar və suallar barədə müzakirə və danışıq aparmaq üçün bir araya gəlsinlər. İran İslam Cümhuriyyəti buna hazır olsa da, sizin müavininiz qeyd olunan tarixdən 17 gün sonrayadək danışıqlara lazımi şəkildə hazırlaşmamışdır.

Sizin tərəfinizdən ciddi, məzmunlu və uğurlu adlandırılan danışıqların aparılmasından sonra nümayəndəniz bildirmişdir ki, İran İslam Cümhuriyyətinin ciddi suallarını digər üzvlərlə birgə ortaya qoyacaq və bundan 10 gün sonra telefon bağlantısı zamanı qeyd etmişdir ki, 6 ölkənin rəhbərlərinin

Vaşinqtonda keçiriləcək iclasında və daha sonra bu ölkələrin xarici işlər nazirlərinin Nyu -Yorkda keçiriləcək toplantısında İran İslam Cümhuriyyətinin sualları barədə araşdırma aparılacaq və ona cavab veriləcəkdir.

İndi, danışıqlar prosesində məntiqi bir sual ortaya qoyulduğu zaman danışıq aparan tərəfin cavab bildirmək və şübhələri aradan qaldırmaq əvəzinə, təzyiq vasitəsindən istifadə etməsi, dünya birliyi üçün maraqlı məqamdır. Bu qeyri-məntiqi davranış dünya birliyinin rəyində İran İslam Cümhuriyyəti tərəfindən verilən prinsipial suallara cavab tapılmamasına əyani sübutdur və bəzi quvvələrin danışıqlara baxışının yalnız və yalnız taktiki və lokal xarakter daşıdığı barədə şübhələri daha da artırır. Xalqlarla məntiq əvəzinə təzyiq dili ilə danışmaq istəyən bəzi qüvvələrdə danışıq mədəniyyətinin olmaması dünya birliyinə bəlli olan məsələdir. Təxminən 6 ay bundan əvvəl, İran İslam Cümhuriyyəti, real potensialına söykənərək, öz təklif paketini təqdim etməklə, ədalət, sülh və əmin - amanlığa əsaslanan dünya uğrunda kollektiv öhdəliklərlə,

birgə şübhələr ətrafında danışıqlar aparılması üçün, baza təklif etmişdir. Çox gözəl bilirsiniz ki, bu əməkdaşlıq paketinin mühüm istiqamətləri kütləvi qırğın silahları olmayan bir dünya uğrunda, eləcə də nüvə silahlarından təmizlənmə və onların yayılmaması istiqamətində kollektiv səylərdən ibarət idi ki, bu da, ilk baxışda, illərlə atom silahının çoxaldılması və yayılması istiqamətində fəaliyyət göstərən qüvvələr üçün xoşagələn və bəyənilən deyildir.

Şübhəsiz ki, bu təklifin alqışlanması, zaman və imkanların əldən verilməməsi və qeyri - məntiqi davranışlardan çəkinmə, konstruktiv əməkdaşlıqlar üçün münasib əsas olardı.

Xəbər lenti

Xəbər lenti