...

Rusiya taktikasını dəyişmir - Gürcüstanın dövlət naziri

Siyasət Materials 10 Oktyabr 2008 13:16 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 oktyabr / Trend , müxbir N.Kirtsxaliya/ Rusiya taktikasını dəyişmir və sövdələşmə üçün mövzu saxlayır, - jurnalistlərə Gürcüstanın münaqişələrin tənzimlənməsi üzrə dövlət naziri Temur Yakobaşvili deyib.

Onun sözlərinə görə, belə sövdələşmə üçün mövzu bufer zonası anlayışına aid olan Axalqorsk rayonudur ki, oradan oktyabrın 10-dək Rusiya qoşunları və osetin quldur dəstələri çıxarılmalı idi.

їBuna baxmayaraq, Axalqoridə ağır texnika və çoxlu sayda silahlı şəxslərin toplaşması qeydə alınıb. Onlar bu yaşayış məntəqəsində mövqelərini möhkəmləndirirlərї, - o bildirib.

їBiz bu məsələdə güzəştə getməyə hazırlaşmırıq və nə Axalqoridən, nə Suxumidən, nə də ki, Tsxinvalidən imtina edə bilmərik. Ruslar oktyabrın 10-dək getməsələr də, gec-tez Gürcüstandan getməyə məcbur olacaqlarї, - Yakobaşvili bildirib.  

Xəbər lenti

Xəbər lenti