Gürcüstan, Tbilisi, 10 oktyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan NATO-nun Əfqanıstandakı missiyasında mütləq iştirak edəcək, - Gürcüstanın müdafiə naziri David Kezeraşvili NATO üzv ölkələri xarici işlər nazirlərinin toplaşdığı Budapeşt görüşündə deyib.
"Biz kontingentimizi Əfqanıstana bu ilin sonunda göndərmək niyyətində idik, lakin avqustda Rusiyanın təcavüzü ilə əlaqədar olaraq, bu layihə sual altına düşdü. İndi bütün məsələlər həll edilib və kontingent göndəriləcək. Lakin onun göndərilmə müddəti bir qədər dəyişdirilib", - o bildirib.
Nazir qeyd edib ki, göndərilən kontingentin sayı da azaldılacaq.
Əvvəllər Əfqanıstana 300 gürcü hərbçisinin göndəriləcəyi barədə söhbət gedib.