...

Azərbaycanda keçiriləcək prezident seçkisini boykot edən bəzi müxalifət partiyaları seçiciləri səsvermədə iştirak etməməyə çağırıb

Siyasət Materials 11 Oktyabr 2008 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr / Trend , müxbirlər C.Babayeva, İ.Əlizadə/ Azərbaycanda keçiriləcək prezident seçkisini boykot edən Müxalifətin Əməkdaşlıq Mərkəzinə daxil olan müxalifət partiyaları seçiciləri səsvermədə iştirak etməməyə çağırıb.

"Həmvətənlərimiz siyasi oyunda iştirak etməməklə, ölkədə real demokratiyanın inkişafına töhfə vermiş olar",- Müxalifətin Əməkdaşlıq Mərkəzinin şənbə günü keçirilən forumunda qəbul edilən müraciətdə bildirilib.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Sentyabrın əvvəlində "Azadlıq" blokuna daxil olan partiyalar - Xalq Cəbhəsi, Liberal Partiya, Vətəndaş və İnkişaf partiyaları, Müsavat partiyası və "Azərbaycan Naminə" İctimai Forum prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri - legitim elan edilib.

Müxalifətin Əməkdaşlıq Mərkəzinin bu gün qəbul olunan müraciətində qeyd olunub ki, ölkədə normal seçki ab- havası mövcud deyil. "Bu gün aydın görünür ki, ölkədə demokratik seçki mühiti yoxdur. Bu fakt bir sıra yerli və beynəlxalq ekspertlər tərəfindən də təsdiq edilib. Cəmiyyəti mühüm kampaniyaya cəlb edəcək ciddi siyasi aksiyalar, seçki kampaniyasına aid olan tədbirlər, demək olar ki, keçirilmir",- müraciətdə vurğulanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti