...

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı PKK mövqelərinə qarşı növbəti hava hücumunu həyata keçirib

Siyasət Materials 13 Oktyabr 2008 03:47 (UTC +04:00)

Türkiyə, Ankara, 13 oktyabr / Trend , müxbir T.Əliyev/ Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının ötən günü yaydığı məlumatında bildirilir ki, Iraqın şimalındakı Zap bölgəsində aralarında PKK-nın rəhbərlərinin də olduğu bir qrupa qarşı hava hücumu həyata keçirilib. Məlumatda hədəflərin tam dəqiqliklə məhv edildiyi göstərilir.

Baş qərargah ötən həftə Aktütün sərhəd məntəqəsinə basqın edən PKK-çılara qarşı əməliyatların davam edəcəyini vurğulayaraq, oktyabrın 4-dən bu günədək 7 hava hücumu həyata keçirildiyini xatırladıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]



Xəbər lenti

Xəbər lenti