...

Sorğunun nəticələrinə görə respondentlərin 82 faizi Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevə səs verəcək

Siyasət Materials 13 Oktyabr 2008 09:44 (UTC +04:00)

Azərbaycan, Bakı 13 oktyabr / Trend / їELSї Müstəqil Araşdırmalar Mərkəzinin Azərbaycanda seçkiqabağı vəziyyətin öyrənilməsi ilə bağlı oktyabrın 2-dən 6-dək keçirdiyi sorğu zamanı rəyi soruşulanların 82,50 faizi namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyevə səs verəcəklərini bildiriblər.

їELSї Mərkəzindən Trend -a bildiriblər ki, sorğuda 12 min 500 respondent iştirak edib. Ekspress rəy sorğusu Azərbaycanda ictimai-siyasi vəziyətin, həmçinin oktyabrda keçiriləcək prezident seçkisində ölkə vətəndaşlarının səs verəcəkləri namizədlə bağlı fikir və düşüncələrinin aşkar edilməsinə yönəlib.

Sorğuda iştirak edən respondentlərin 86 faizi seçkilərdə iştirak edəcəklərini bildiriblər. Səsvermədə iştirak etməyəcəklərini bildirənlərin sayı 6,3 faiz təşkil edib.

Prezidentliyə namizədlər arasında sorğunun nəticələri üzrə 5,21 faiz səslə Qulamhüseyn Əlibəyli ikinci yeri tutub.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev isə respondentlərin 4,28 faizinin səsini toplayıb.

Prezidentlik postuna iddialıların reytinq cədvəlində Böyük Qurtuluş Partiyasından namizəd Fazil Mustafayev(Qəzənfəroğlu) 3,96 faiz səs toplamaqla 4-cü yerdə qərarlaşıb. Ümid Partiyasının namizədi İqbal Ağazadəyə verilən səslərin sayı bu sorğuda azalaraq 3, 15 faiz təşkil edib.

Müvafiq sıralamada sonuncu yerlərin sahibləri 0,54 faiz səs toplayan Müasir Musavat partiyasının sədri Hafiz Hacıyev və 0,36 faiz səslə Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev olub.

Azərbaycanda prezident seçkisi oktyabrın15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]



Xəbər lenti

Xəbər lenti