Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir C.Babayeva / Bakı şəhəri Binəqədi rayonu seçicilərinin Azərbaycan prezidenti seçkisi günündə yerli vaxtla saat 10:00- a olan fəallığı 20 faizdən çox təşkil edir.
Binəqədi I saylı seçki məntəqəsində əhalinin səsvermədə səhər saat 10 - a olan iştirak fəallığı 22,5 faiz təşkil edib. Bu barədə məntəqə sədri Nizami Novruzov məlumat verib. Onun sözlərinə görə, hələ ki, seçkinin gedişində qanun pozuntsu qeydə alınmayıb.
Binəqədi 2 saylı seçki məntəqəsinin sədri Mahir Babayevin verdiyi məlumata görə, məntəqədə seçicilərin səhr saat 10 - a olan fəallığı 21 faiz təşikil edib. O bildirib ki, seçkinin gedişatında heç bir qanun pozuntusu qeydə alınmayıb.
Babayev bildirib ki. Bakı vaxtı ilə saat 12- də vətəndaşların fəallğı barədə növbəti məlumatlar təqdim olunacaq.
Bu gün Azərbaycanda prezident seçkisi keçirilir.
Dövlət başçısı postuna yeddi namizəd iddia edir - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend