...

Qazaxıstanın MSK sədri Azərbaycanda prezident sçkisinə yaxşı hazırlıq görüldüyünü qeyd edir

Siyasət Materials 15 Oktyabr 2008 12:22 (UTC +04:00)
Qazaxıstanın MSK sədri Azərbaycanda prezident sçkisinə yaxşı hazırlıq görüldüyünü qeyd edir

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir N.Abdullayeva/ Qazaxıstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Azərbaycanda prezident sçkisinə yaxşı hazırlıq görüldüyünü qeyd edib.

Bu gün Azərbaycanda prezdent seçkisi keçirlir. Dövlət başçısı postuna yeddi namizəd iddia edir - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.

Qazaxıstan MSK-nın sədri Kuandik Turqnakulov Bakının Səbayel rayonu üzrə 2 saylı seçki məntəqəsində seçkini müşahidə edib.

Onun sözlərinə görə, səsvermə üçün kifayət qədər otağın olmaması yeganə çatışmazlıqdır. Bu, səs vermək istəyənlər üçün böyük növbə yaradır.

Məqalə müəllifi ilə əlaqə üvnanı - trend

Xəbər lenti

Xəbər lenti