...

Özbəkistanda prezident seçkisində İlham Əliyev səs çoxluğu qazanıb

Siyasət Materials 15 Oktyabr 2008 20:23 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 15 oktyabr/ Trend , müxbir T.Jukov/ Azərbaycan prezidenti seçkisində ölkənin Özbəkistandakı səfirliyi nəzdində yaradılmış seçki məntəqəsində hakim partiyanın namizədi İlham Əliyev böyük səs çoxluğunu qazanıb.

"Bu gün Azərbaycanın bu ölkədə yaşayan 91 vətəndaşından 66 nəfəri səsvermədə iştirak edib ki, bu da 72,5 faiz təşkil edir", - Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi İlkin Əhmədov Trend -a bildirib.
  Səsvermə Daşkənd vaxtı ilə saat 19.00 - da başa çatıb.

"Səslərin hesablanması nəticəsində aydın olub ki, səs verənlərin 98,4 faizi hazırki prezident İlham Əliyevə üstünlük verib", - Əhmədov bildirib.

Bu gün Azərbaycanda prezident seçkisi baş tutub.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti