...

Hakim Yeni Azərbaycan Partiyasının üzvləri İlham Əliyevin gözlənilən qələbəsini bayram edirlər

Siyasət Materials 15 Oktyabr 2008 20:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ Hakim Yeni Azərbaycan Partiyasının üzvləri öz partiyalarından namizəd İlham Əliyevin gözlənilən qələbəsini bayram edirlər. Partiyanın üzvləri yerli bölmələrdən partiyanın mənzil - qərargahına yürüşə başlayıblar. Mənzil - qərargahın qarşısında mitinqin keçirilməsi planlaşdırılır.

Oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirilib.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

Xəbər lenti

Xəbər lenti