...

Azərbaycanda prezident seçkiləri günü səsvermənin gedişinə müdaxilələrlə bağlı polisə müraciət daxil olmayıb - DİN

Siyasət Materials 16 Oktyabr 2008 11:28 (UTC +04:00)
Azərbaycanda prezident seçkiləri günü səsvermənin gedişinə müdaxilələrlə bağlı polisə müraciət daxil olmayıb - DİN

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda keçirilən prezident seçkiləri günü səsvermənin gedişinə müdaxilələrlə bağlı məntəqələrdə təhlükəsizliyi təmin edən polislərə hər hansı müraciət daxil olmayıb, cümə axşamı Trend -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

"Səsvermə zamanı seçkilərin nəticələrinə təsir edə biləcək qanun pozuntusu qeydə alınmayıb", - DİN-in mətbuat xidmətindən bildiriblər.

Seçki Məcəlləsinin tələbinə görə, seçki məntəqələrinin təhlükəsizliyini qorumaq üçün polis məntəqədən 200-300 metr aralıda post qurur. Polisin seçkinin gedişinə hər hansı formada müdaxiləsinə qanunvericilik icazə vermir.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dünən gecə keçirdiyi mətbuat konfransında seçkilərin ilkin nəticələrinə əsasən, İlham Əliyevin seçicilərin 89,04 faizinin səsini qazandığını deyib.

Oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirilib. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

MSK-nın ilkin nəticələrinə əsasən, İqbal Ağazadə 2,78 faiz, Fazil Qəzənfəroğlu 2,40 %, Qüdrət Həsənquliyev 2,22 faiz, Qulamhüseyn Əlibəyli 2,18 faiz, Fuad Əliyev 0,75 faiz, Hafiz Haçıyev 0,62 faiz səs toplayıb.

Prezident seçkisi ilə əlaqədar Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 5359 seçki məntəqəsi yaradılıb. Onların 5148-i daimi, 33-ü Azərbaycanın xaricdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərindədir.

Azərbaycanda seçkini 60-a yaxın ölkədən 1233 nəfər beynəlxalq müşahidəçi izləyib. Mərkəzi Seçki Komissiyası tərəfindən ən böyük missiyalar Avropa Şurası, ATƏT, MDB-dən qeydə alınıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti