Azərbaycan, Bakı, 16 oktyabr/ Trend , müxbir R.Novruzov/ Con Smit Xatirə Fondunun direktoru, professor Brayan Brivati (Brian Brivati) oktyabrın 20-də Azərbaycana səfər edəcək. http://www.britishcouncil.org saytnın verdiyi məlumata görə, Con Smit Qardaşlığa mümkün namizədlər ilə görüşlər keçirəcək.
Namizədlər Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Qırğızıstan, Moldova və Ukraynadan dəvət olunub.
Təşkilatın əsas məqsədi nüfuzlu gənc siyasi və ictimai liderlər arasında fikir mübadiləsinin, peşəkar praktika üzrə informasiya mübadiləsinin və rəhbərlərin təcrübəsinin artırılmasından ibarətdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı - trend