Qazaxıstan, Astana, 17 oktyabr / Trend , müxbir K.Konırova/ Qazaxıstan 2010-cu ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına başçılıq, 2011-ci ildə isə İslam Konfransı Təşkilatına (İKT) sədrlik edəcək, - cümə günü Astanada xarici işlər nazirlərinin "Ümumi dünya: rəngarənglik vasitəsilə tərəqqi" adlı beynəlxalq konfransın gedişində ölkə prezidenti Nursultan Nazarbayev deyib.
İslam Konfransı Təşkilatı - 1969-cu ildə Rabatda müsəlman dövlətləri başçılarının konfransında yaranan islam ölkələrinin beynəlxalq təşkilatdır. Təşkilatın məqsədləri - sosial, iqtisadi və siyasi sahələrdə islam həmrəyliyini təmin etmək, müstəmləkəçiliyə, neomüstəmləkəçiliyə və irqçiliyə qarşı mübarizə, o cümlədən Fələstin Azadlıq Təşkilatının dəstəkləməkdir. Bosniya və Herseqovina, Mərkəzi Afrika Respublikası, Rusiya Federasiyası, o cümlədən Filippin milli-azadlıq cəbhəsi Moro və bir sıra təşkilatlar (BMT, Qoşulmamaq hərəkatı və s.) İKT-də müşahidəçi statusuna malikdirlər. Təşkilatın Baş qərargahı Ciddədə yerləşir.