...

ABŞ demokratik institutların möhkəmləndirilməsi sahəsində Azərbaycanla işi davam etdirməyə hazırdır – ABŞ Dövlət Katibi müavininin köməkçisi

Siyasət Materials 18 Oktyabr 2008 12:04 (UTC +04:00)
ABŞ demokratik institutların möhkəmləndirilməsi sahəsində Azərbaycanla işi davam etdirməyə hazırdır – ABŞ Dövlət Katibi müavininin köməkçisi

Azərbaycan, Bakı, 18 oktyabr / Trend , müxbir A.Qasımova/ "ABŞ Azərbaycan əhalisi, ölkənin seçilmiş rəhbərliyi, vətəndaş cəmiyyəti və müxalifət ilə demokratik institutların möhkəmləndirilməsi və bizim ümumi maraqlarımızın geniş dairəsinin tərəqqisi üzrə birgə fəaliyyəti səbrsizliklə gözləyir", - deyə şənbə günü Trend - a ABŞ Dövlət Katibi müavininin köməkçisi Metyu Brayza bildirib.

"Biz ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosu (DİİHB) və Avropa Şurası ilə, seçki zamanı ölkənin ATƏT və AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsində əhəmiyyətli tərəqqinin qeydə alınması məsələsində razıyıq, lakin o, bütün öhdəliklərə cavab vermir", - deyə Brayza bildirib.

Onun sözlərinə görə, azad toplaşma, kütləvi informasiya vasitələrinin müstəqilliyi, birlik azadlığı və siyasi plüralizm məsələlərində hələ çox işlər görmək lazımdır.

"Bütün ölkələr öz demokratik institutlarının möhkəmləndirilməsi üzərində aramsız işləməlidir. Biz Azərbaycan xalqını bu seçkinin keçirilməsi münasibəti ilə təbrik edirik", -deyə Brayza əlavə edib.

Oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirilib. Azərbaycanın hakim partiyasından olan namizəd, indiki prezident İlham Əliyev ilkin nəticələrə görə, seçici səslərinin böyük əksəriyyətini - 88,73 faizini toplayıb.

Dövlət başçısı postuna yeddi namizəd iddia edib. MSK-nın ilkin məlumatlarına görə, İqbal Ağazadə 2,86 faiz, Fazil Qəzənfəroğlu 2,47 faiz, Qüdrət Həsənquliyev 2,28 faiz, Qulamhüseyn Əlibəyli 2,23 faiz, Fuad Əliyev 0,78 faiz, Hafiz Hacıyev 0,65 faiz səs toplayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı- [email protected]

Xəbər lenti

Xəbər lenti